Bakıda sərnişin avtobuslarının toqquşması nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Bakıda sərnişin avtobuslarının toqquşması nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib
Hadisə
6 İyun , 2017 20:46
Bakıda sərnişin avtobuslarının toqquşması nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. 

"Report"un məlumatına görə, bunlar 20 yaşlı Eliya Vahid qızı Axundova və 26 yaşlı Röyal Məmməd oğlu Nəbiyevdir. 

Müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. 


*** 15:34

Bakı. 6 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev hadisə barədə xəbəri təsdiqləyib. O, “Report”a bildirib ki, BNA əməkdaşları hadisə yerində olub: "Məlum oldu ki, 198 və 163 nömrəli sərnişin avtobusları toqquşub. Ciddi xəsarət alan yoxdur. İki nəfər yüngül xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə ilə bağlı DYP ilə yanaşı BNA-da da araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verməsi tezliklə məlum olacaq. Şahidlərin təxmini ifadələrinə görə, avtobuslardan biri sürətlə hərəkət edib".


Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var.

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.

Belə ki, 10-TE-168  qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi