Bakıda səkinin üstündə idman meydançası tikildi

Bakıda səkinin üstündə idman meydançası tikildi ​​​​​​​Bakının Nərimanov rayonunda yeni tikilən idman meydançası sakinlərin narazılığına və sosial şəbəkələrdə müzakirələrə səbəb olub
Hadisə
5669
12 Avqust , 2020 12:40
Bakıda səkinin üstündə idman meydançası tikildi

Bakının Nərimanov rayonunda yeni tikilən idman meydançası sakinlərin narazılığına və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Report” xəbər verir ki, yayılan fotolarda Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində tikilən meydançanın piyadalar üçün nəzərdə tutulan səkini zəbt etdiyi əks olunub.

Bu isə piyadaların səki ilə hərəkətini məhdudlaşdırır.

Ərazi Azərbaycan Kooperasiya Universitetinin yaxınlığında yerləşir.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, mətbuat məsələlərinə məsul olan şəxs məzuniyyətdədir və onu əvəz edən yoxdur. Digər şəxslərlə əlaqə yaratmaq istəyimizə cavab olaraq isə “qaynar xətt”ə cavab verən xanım bildirib: “Pandemiya ilə əlaqədar əməkdaşların çoxu işə çıxmır. Yalnız ümumi şöbə ilə əlaqə saxlaya bilərsiniz”. Ümumi şöbənin telefonuna da cavab verən yoxdur.

Qeyd edək ki, fotoları "Bərbad Bakı" facebook səhifəsi paylaşıb.

Son xəbərlər

Orphus sistemi