Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib

Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
115
25 Fevral , 2017 09:32
Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar edib

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib. 

H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi