Bakıda şəhid bulağı sökülüb, yerində ət satışı məntəqəsi açılıb - FOTO

Bakıda şəhid bulağı sökülüb, yerində ət satışı məntəqəsi açılıb - FOTO Ərazi Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir
Hadisə
10 İyul , 2017 16:02
Bakıda şəhid bulağı sökülüb, yerində ət satışı məntəqəsi açılıb - FOTO

BakI. 10 iyul. REPORT.AZ/ Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə yaradılan bulaq-kompleks sökülüb, yerində “Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.

“Report” xəbər verir ki, sözügedən ərazi Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tikinti işinin aparılması ilə bağlı dəfələrlə irad bildirilməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyib, onlarla aqressiv davranıblar.

Yasamal rayon icra hakimiyyətindən bildirilib ki, hazırda bu məsələnin araşdırılmasına başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.

Son xəbərlər

Orphus sistemi