Bakıda səhər saatlarında kişi həyat yoldaşını bıçaqlayıb

Bakıda səhər saatlarında kişi həyat yoldaşını bıçaqlayıb Qadının dediyinə görə, əri onu hər gün döyürmüş
Hadisə
22 Noyabr , 2017 07:29
Bakıda səhər saatlarında kişi həyat yoldaşını bıçaqlayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, səhər saat 6 radələrində rayon ərazisində yerləşən fərdi yaşayış evində 1987-ci il təvəllüdlü Aslanova Nübar Zamin qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ailənin birgə nikahdan iki övladı var. Zərərçəkənin dediyinə görə, əri hər gün onu döyürmüş.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi