Bakıda səfirlik attaşesi avtomobil qəzasına düşüb

Bakıda səfirlik attaşesi avtomobil qəzasına düşüb Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi avtomobil qəzasına düşüb.
Hadisə
16 Oktyabr , 2019 14:02
Bakıda səfirlik attaşesi avtomobil qəzasına düşüb

Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi avtomobil qəzasına düşüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.

Son xəbərlər

Orphus sistemi