Bakıda seçki komissiyası sədrinin oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda seçki komissiyası sədrinin oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 10-na təyin edilib
Hadisə
30 dekabr 2016 08:42
Bakıda seçki komissiyası sədrinin oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seçki komissiyası sədrinin oğlunu öldürməkdə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 7-də baş verib. Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə Fərid Abbasov adlı şəxsin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Onun qollarının bağlı vəziyyətdə olması aşkar edilib. Qətli törədən Lerik rayon sakini V.Rüstəmov hadisədən sonra gizlənsə də polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

Son xəbərlər

Orphus sistemi