Yuxarı
    Bağlamaq

    Bakıda saxta pul satmaq istəyən şəxslər saxlanılıb

    Bakı şəhər sakinləri saxta 8 000 manatı 3 500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar

    Bakı. 13 iyul. REPORT.AZ/ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Bakı şəhər sakinləri Allahverdi Ələkbərov və Rafiq Şahverdiyev paytaxtın Nəsimi rayonu ərazisində saxta 8 000 manatı 3 500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

    Saxlanılan şəxslərin Bakı şəhərində kirayə qaldıqları mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıq və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

    Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əskinaslardan heç də çox fərqlənmir.

    Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi