Yuxarı

Bakıda saxta pul satan şəxsin məhkəməsi başlayır

​Bakıda saxta pul satan şəxsin məhkəməsi başlayır

Bakıda saxta pul satmaqda təqsirləndirilən Həsən Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

H.Ələkbərov bu ilin əvvəlində 1 milyon saxta rus rublunu satmaq istəyərkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 204.2-ci (xeyli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi