​Bakıda saxta pul kəsib satmaqda təqsirləndirilən Nigeriya vətəndaşlarının cəzası azaldılıb

​Bakıda saxta pul kəsib satmaqda təqsirləndirilən Nigeriya vətəndaşlarının cəzası azaldılıb Hər iki şəxsin cəzası 6 ilə endirilib
Hadisə
25 İyul , 2016 17:31
​Bakıda saxta pul kəsib satmaqda təqsirləndirilən Nigeriya vətəndaşlarının cəzası azaldılıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere barələrində olan hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Bu barədə "Report"a vəkil Fariz Namazlı məlumat verib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əsginasları satarkən saxlanılıblar. Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əsginaslar da aşkar edilərək götürülüb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaln məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Fariz Namzalı məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Həmin qərardan kassasiya şikayəti verilib. Ali Məhkəmədə də kassasiya şikayətini təmin etməyib, iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi