Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb
Hadisə
15 May , 2017 10:47
Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

Bakı. 15 may. REPORT.AZ/ Bakı şəhər sakinindən saxta əsginaslar götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi