Bakıda saxta əskinazlar satan şəxslər tutulub

Bakıda saxta əskinazlar satan şəxslər tutulub Onlar 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq saxta əskinazları 2 300 ABŞ dollarına satmağa çalışıblar
Hadisə
9 İyul , 2016 12:06
Bakıda saxta əskinazlar satan şəxslər tutulub

Bakı. 9 iyul. REPORT.AZ/ Bakıda saxta əskinazlar satan şəxslər tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13 000 manat) saxta əskinazları paytaxtın Nizami rayonu ərazisində 2 300 ABŞ dollarına satarkən tutulub.

Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.

Son xəbərlər

Orphus sistemi