Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı şəhərində saxta əsginaslar satan şəxs saxlanılıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23 min rubl saxta əsginas satmasını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5 min rubl saxta əsginas götürülüb.