​Bakıda saxta dollar satan əcnəbi vətəndaşların məhkəməsi keçirilib - FOTO

​Bakıda saxta dollar satan əcnəbi vətəndaşların məhkəməsi keçirilib - FOTO Proses zamanı onlar ifadə verib
Hadisə
16 Sentyabr , 2015 18:04
​Bakıda saxta dollar satan əcnəbi vətəndaşların məhkəməsi keçirilib - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Qeyd edək ki, Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi