​Bakıda saxta dollar satan 7 nəfər xarici vətəndaş tutulub - FOTO

​Bakıda saxta dollar satan 7 nəfər xarici vətəndaş tutulub - FOTO Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır
Hadisə
27 Aprel , 2015 13:20
​Bakıda saxta dollar satan 7 nəfər xarici vətəndaş tutulub - FOTO

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi