Bakıda saxta dollar istehsal edən şəxslərə hökm oxunub

Bakıda saxta dollar istehsal edən şəxslərə hökm oxunub Onlara ümumilikdə 25 il həbs cəzası verilib
Hadisə
20 Fevral , 2017 13:52
Bakıda saxta dollar istehsal edən şəxslərə hökm oxunub

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul istehsal etməkdə təqsirləndirilən - Emin Abışov, Əli Rüstəmov və Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Abışov 9 il, Ə.Rüstəmov və V.Abbasovun hər biri isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən ilin fevralında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.

Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Son xəbərlər

Orphus sistemi