​Bakıda saunada yanğın baş verib

​Bakıda saunada yanğın baş verib Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
11 May , 2015 23:53
​Bakıda saunada yanğın baş verib

Bakı. 11 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus üçmərtəbəli evin zirzəmisində par otağının taxtadan ibarət üzlüyü yanıb və yüksək temperaturdan ümumi sahəsi 60 kv.m olan saunanın alçipandan ibarət tavanı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi