​Bakıda satıcı müştərini bıçaqlayıb

​Bakıda satıcı müştərini bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2015 14:10
​Bakıda satıcı müştərini bıçaqlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda mağazalardan birində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazanın satıcısı müştərini başından bıçaqla vurub.

Belə ki, mağazada satıcı işləyən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aqşin Rüstəmov Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Polad Axundovla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevirilib. A.Rüstəmov P.Axundovun baş nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi