Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
2 Fevral , 2020 21:05
Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Təhməzov Ramil İsrail oğlu işlədiyi mağazada tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı naməlum şəxs satıcıya bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Xəstə cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi