​Bakıda sanatoriyanın ərazisində yanğın baş verib

​Bakıda sanatoriyanın ərazisində yanğın baş verib Hadisə Xəzər rayonunda Ağdam rayonundan olan məcburi köçkününün məskunlaşdığı birmərtəbəli ikiotaqlı tikilidə olub
Hadisə
24 Aprel , 2015 20:28
​Bakıda sanatoriyanın ərazisində yanğın baş verib

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində yanğın baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Ağdam rayonundan olan məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi