Bakıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

Bakıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb Bakı. 16 iyul. REPORT.AZ/ Pirallahı qəsəbəsi ərazisində iyulun 15-də sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
16 İyul , 2018 11:03
Bakıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Pirallahı qəsəbəsi ərazisində iyulun 15-də sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi