Bakıda sahibkarın evindən 150 min dollar oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda sahibkarın evindən 150 min dollar oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub Aqil Vəkilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 İyun , 2017 10:51
Bakıda sahibkarın evindən 150 min dollar oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Aqil Vəkilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Vəkilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150 min ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini A.Vəkilov tutulub.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Onu da əlavə edək ki, B.Səmədov Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi