Bakı. 06 İyun. REPORT.AZ/ Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində sahibi məlum olmayan "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkərləri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.