Yuxarı

Bakıda şagirdlərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda şagirdlərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

© pexels.com

Bakıda 11-ci sinif şagirdlərinin ğlümünə səbəb olan sürücü Təbriz Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il dekabrın 10-da baş verib. Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu Sultanlı Dilarə Bəxtiyar qızını vurub.

Hər iki şəxs hadisə yerində vəfat ediblər.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

T.Ağayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Dünyasını dəyişən T.Cabbarlı və D.Sultanlı 11-ci sinif şagirdləri olub və hadisə onların hazırlığa getdikləri zaman baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi