Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub

Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub Sürücü saxlanılıb
Hadisə
16 Fevral , 2017 09:42
Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.

"Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb və yolu keçmək istəyirmiş.

Son xəbərlər

Orphus sistemi