Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub

Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
10 Mart , 2017 09:44
Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Müşviq qəsəbəsində yerləşən şadlıq sarayından çıxan 1999-cu il təvəllüdlü Hüseynov Nicat Namiq oğlu yolu keçərkən onu "Opel" markalı minik avtomobili vurub.

Ağır xəsarət alan N.Hüseynov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi