Bakıda "Sabunçu bazarı"nda baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Bakıda "Sabunçu bazarı"nda baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub
Hadisə
6 Avqust , 2017 23:48
Bakıda Sabunçu bazarında baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Bakı. 6 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın 200 kvadrat metr ərazidə baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin "Report"a verdiyi məlumata görə, hazırda yanğının qarşısı alınıb. 

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.


***23:29

Bakının Sabunçu rayonundakı ticarət mərkəzində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.

Belə ki, bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. 


***23:22

Bakının Sabunçu rayonundakı ticarət mərkəzində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.

Yanğının hazırda davam etdiyi bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

İlkin məlumata əsasən xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi