Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
18 Mart , 2019 10:28
Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, S.Sadıqov Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan “Bakı Metropoliteni”ndə Polis Şöbəsinin əməkdaşı olub. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədini verib. Lakin S.Sadıqov sonradan verdiyi vədə əməl etməyib.

Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi