Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavini məhkəmədə ifadə verib

Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavini məhkəmədə ifadə verib Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Noyabr , 2018 15:49
Bakıda rüşvət verməkdə təqsirləndirilən sabiq direktor müavini məhkəmədə ifadə verib
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əjdərzadə özünü təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsi zamanı müəllim yoldaşlarından pul aldığını etiraf edib: "Düzdür, onlardan pul almışam. Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam".

Məhkəmədə elan olunub ki, S.Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.

Son xəbərlər

Orphus sistemi