Bakıda Rusiya vətəndaşının çantasından 5 ov bıçağı aşkarlanıb

Bakıda Rusiya vətəndaşının çantasından 5 ov bıçağı aşkarlanıb Bakı. 2 mart. REPORT.AZ/ Moskva-Bakı aviareysilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb. 
Hadisə
2 Mart , 2018 10:55
Bakıda Rusiya vətəndaşının çantasından 5 ov bıçağı aşkarlanıb
Customs.gov.az

Bakı. 2 mart. REPORT.AZ/ Moskva-Bakı aviareysilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi