Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un müxbiri xəbər verir ki, hadisə zamanı “Mercedes” və “Lexus” markalı avtomobillər toqquşub.
Belə ki, Bülbül Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil rayonun Mehdi Mehdizadə küçəsi ilə hərəkət edirmiş. Bu zaman onun qarşısına Nurlan Qasımovun idarə etdiyi Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobil çıxıb.
Zərbənin gücündən “Mercedes”də olan sərnişin Məzəgül Hüseynov yüngül bədən xəsarətləri alıb.
Avtoqəza nəticəsində “Mercedes” deformasiyaya uğrayıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Foto: Firi Salim



