Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB "Opel" markalı maşın iki avtomobillə toqquşub
Hadisə
20 Yanvar , 2018 13:23
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub 


*** saat 22:45

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi