Bakıda ruhi əsəb dispanserinin iki xəstəsi ölüb

Bakıda ruhi əsəb dispanserinin iki xəstəsi ölüb Onlar, ilkin ehtimala görə, uzun sürən xəstəlikdən vəfat ediblər
Hadisə
27 Aprel , 2017 22:34
Bakıda ruhi əsəb dispanserinin iki xəstəsi ölüb

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda ruhi əsəb dispanserində müalicə olunan iki xəstə dünyasını dəyişib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə olunan 60 yaşlı Viktor Nikolayeviç və 51 yaşlı Mürvətov İlqar Mehdi oğlu ilkin ehtimala görə, uzun sürən xəstəlikdən ölüb.

Dispanserin baş həkimi Ağahəsən Rəsulov "Report"a bildirib ki, hər iki xəstə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada vəfat edib.

Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi