Bakıda ruhi əsəb xəstəsini don vuraraq öldürüb - YENİLƏNİB

Bakıda ruhi əsəb xəstəsini don vuraraq öldürüb - YENİLƏNİB Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib
Hadisə
17 Fevral , 2017 12:22
Bakıda ruhi əsəb xəstəsini don vuraraq öldürüb - YENİLƏNİB

*** saat 10:43

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.

"Report"un xəbərinə görə, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən "Report"a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".

Son xəbərlər

Orphus sistemi