Bakıda ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı qeydə alınıb

Bakıda ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı qeydə alınıb Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir
Hadisə
16 Fevral , 2018 07:50
Bakıda ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı qeydə alınıb

Bakı. 16 fevral. REPORT.AZ/ 1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 3 nəfər xəstəlikdən ölüb.

"Report" xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Belə ki, dispanserdə müalicə olunan 1939-cu il təvəllüdlü Pariyoviç Ramala Aleksandrovna fevralın 12-də, 1972-ci il təvəllüdlü Salmanov Elşad Arzu oğlu fevralın 14-də və 1986-cı il təvəllüdlü İsmayılov Eldəniz Asif oğlu fevralın 15-də dünyasını dəyişib. Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hər üç ölüm faktı ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi