Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda yerləşən “Xarı Bülbül” restoranında yanğın olub.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Nizami rayonunda ümumi sahəsi 900 kv.m olan “Xarı Bülbül” restoranının qazanxanasının yanar konstruksiyaları 6 kv.m, elektrik lövhəsi, elektrik kabelləri 100 p.m və dam örtyü 200 kv.m sahədə yanmışdır. Restoranın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.