Bakıda restoranın icarədarı və müştəriləri saxlanıldı

Bakıda restoranın icarədarı və müştəriləri saxlanıldı Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.
Hadisə
19 dekabr 2020 11:33
Bakıda restoranın icarədarı və müştəriləri saxlanıldı

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Erkin Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi