Bakıda restorandan oğurluq olub

Bakıda restorandan oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Noyabr , 2015 14:54
Bakıda restorandan oğurluq olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda restorandan oğurluq edən şəxslər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qədim Süleymanova məxsus restorandan qapının qıfılına açar seçmək yolu ilə 1 450 manat dəyərində spirtli içki oğurlayan paytaxt sakinləri Kamran Məmmədov və Məhəmməd Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi