Bakıda restorandan çıxan gəncə quldur hücumu olub

Bakıda restorandan çıxan gəncə quldur hücumu olub Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar
Hadisə
13 Dekabr , 2016 16:17
Bakıda restorandan çıxan gəncə quldur hücumu olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda 20 yaşlı gənc tanımadığı şəxslərin hücumuna məruz qalıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, "Çıraq" restoranından çıxan 1996-ci il təvəllüdlü Qurbanov Bayram Şamil oğlu tanımadığı şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər ondan mobil telefonunu tələb ediblər. B.Qurbanov etiraz edib və bu zaman naməlum şəxslərdən biri ona bıçaq zərbəsi vurub. Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti əməkdaşlarının (TTTYX) köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi