Bakıda restoranda xidmətçi müştərilər tərəfindən döyülüb

Bakıda restoranda xidmətçi müştərilər tərəfindən döyülüb Həmid Əsədzadə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib
Hadisə
6 Aprel , 2017 08:48
Bakıda restoranda xidmətçi müştərilər tərəfindən döyülüb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "İpək yolu" restoranında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əsədzadə Həmid Allahverdi oğlu iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

H.Əsədzadə polis əməkdaşlarına "İpək yolu" restoranında döyüldüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi