Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2 Hadisə yerindən video əlavə olunub
Hadisə
10 Avqust , 2018 11:00
Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2

Hadisə yerindən video əlavə olunub


***00:52

Bakı. 10 avqust. REPORT.AZ/ Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.


***00:00

Bakı. 10 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi