Bakıda restoranda oğurluq olub

Bakıda restoranda oğurluq olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
2 avqust 2016 08:16
Bakıda restoranda oğurluq olub

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda restoranda oğurluq olub.

“Report” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyul ayının 25-də Binəqədi rayonu ərazisindəki restoranlardan birində Bakı şəhər sakini Rüfət Məmmədova məxsus mobil telefon oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Rüfət Qocayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi