Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB FHN məlumat yayıb
Hadisə
19 İyun , 2018 10:58
Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


*** 10:16

Bakı. 19 iyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

FHN-dən "Report"a bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi