Bakıda “Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi başlayıb

Bakıda “Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi başlayıb Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 Yanvar , 2019 16:16
Bakıda “Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi başlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, X.Məmmədovun himayəsində 2 azyaşlı uşaq var.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron rayon Polis idarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi