Bakıda "Range Rover" 51 yaşlı kişini vurub

Bakıda "Range Rover" 51 yaşlı kişini vurub Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
17 Fevral , 2017 10:27
Bakıda Range Rover 51 yaşlı kişini vurub

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıda "Range Rover" 51 yaşlı kişini vurub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsi ərazisində 90 CF 101 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobil yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Sadıqov Rasim Böyükkişi oğlunu vurub. R.Sadıqov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi