Bakı. 5 mart. REPORT.AZ/ Bakıda Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları sərxoş sürücülərə qarşı reyd keçirib.
"Report"un məlumatına görə, tədbir zamanı içkili sükan arxasında əyləşən sürücülər saxlanılıb.
Belə sürücülərdən biri Binəqədi rayonu ərazisində saxlanılıb. Pənahov Orxan İsmayıl oğlu idarə etdiyi “Range Rover” markalı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları ona saxlama işarəsi veriblər. Araşdırma zamanı onun avtomobili sərxoş halda idarə etdiyi məlum olub. O. Pənahov içkili olduğunu etiraf edib.
Araşdırmalardan sonra avtomobil cərimə meydançasına, sürücü isə ekspertizaya aparılıb.