Bakıda quyudan 1 kiloqram heroin tapıldı

Bakıda quyudan 1 kiloqram heroin tapıldı Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonunda əməliyyat keçiriblər.
Hadisə
5 mart 2020 09:02
Bakıda quyudan 1 kiloqram heroin tapıldı
google.az

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonunda əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 800 ABŞ dolları götürülüb. 

Son xəbərlər

Orphus sistemi