Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb

Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 May , 2019 10:06
Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb

Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən Elçin QuliyevRüfət Yüzbaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri - E.Quliyev və R.Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi