Bakıda qumarxana aşkarlanıb

Bakıda qumarxana aşkarlanıb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
3 Sentyabr , 2015 13:19
Bakıda qumarxana aşkarlanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Vəliyev Xətai rayonu ərazisində icarəyə götürdüyü kafedə həmyerliləri Zəmanət Hüseynli və Vasif Hacıyevlə birgə “poker” qumarxana təşkil etdikləri və saxladıqları üçün tutulublar. 

"Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, baxış zamanı oyun kartları və “poker” qumar oyununa qoyulmuş xeyli miqdarda pul aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi