Yuxarı

​Bakıda quldurluqla məşğul olan dəstə saxlanılıb

Nəsimi RPİ-nin əməkdaşları araşdırma aparır

Bakı. 27 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Xırdalan şəhər sakini Elgün Həsənova zor tətbiq edib mobil telefonunu və sənədlərini alıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin ( RPİ) 19-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rövşən Şabani və Abşeron rayon sakini Ürfət Məhərrəmov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Ağdaş rayon sakini Eşqin Qasımova zor tətbiq edib mobil telefonunu almaları, habelə Rəhman Rəhimova qarşı dələduzluq etmələri də müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi